Mədəniyyət

AZƏRBAYCAN “KİNO ENSİKLOPEDİK LÜĞƏTİ”NİN I CİLDİ BU YAXINLARDA ÇAP OLUNACAQ

07-01-2011 | 13:36        

  

Azərbaycan “Kino ensiklopedik lüğəti”nin I cildi bu yaxınlarda çap olunacaq. Dövlət Film Fondu tərəfindən hazırlanan ensiklopediya çap olunmaq üçün mətbəəyə təqdim edilib. Kitabda Azərbaycan kino tarixi əks olunub. Müxtəlif illəri əhatə edən məlumatlar əlifba üzrə sıralanıb. Ensiklopediyada yer alan materialların xüsusi CD variantının hazırlanması da nəzərdə tutulur. Bu disk ensiklopediyaya əlavə olunacaq. Azərbaycan kino bülletenin ikinci buraxılışı da işıq üzü görəcək. Bülletenin 2-ci buraxılışında 2008 və 2010-cu illər ərzində çəkilmiş Azərbaycan filmləri, eləcə də görkəmli kino xadimləri haqqında məlumatlar yer alıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR