Rəsmi xronika

Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri F.Jotaradını diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

20-01-2011 | 16:12        

  

 

Prezident İlham Əliyev yanvarın 20-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jotaradını diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.  Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Belçika Krallığının keçmiş Baş naziri Herman Van Pompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırlayıb. Ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürü bildirib.

Səfir ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb.

 O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini deyib.