Xarici xəbərlər

Braziliyada həlak olanların sayı artıb

20-01-2011 | 14:04        

  

Braziliyada daşqın və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı artıb. Rio-de-Janeyro ştatında baş verən təbii fəlakət qurbanlarının sayı 727 nəfərə çatıb. 207 nəfərin itkin düşdüyü bildirilir. Bu barədə ştatın prokurorluğu məlumat yayıb. Artıq bir neçə gündür ki, davam edən leysan yağışları səbəbindən palçıq seli Rio-de-Janeyro ştatının bir neçə şəhərində fəsadlar yaradıb. Bir gün ərzində bölgədə təxminən 800 millimetr yağıntı düşüb, bu isə aylıq normaya bərabərdir. Yağışlar nəticəsində torpaq sürüşmələri də baş verib. Təbii fəlakət Nova-Friburqu, Terezopolis, Petropolis və Sumidouru şəhərlərinə daha çox ziyan vurub.