Rəsmi xronika

PREZİDENT İLHAM ƏLİYEV YASAQLIQ ƏRAZİSİNƏ İLK CEYRAN SÜRÜSÜNÜN BURAXILMASI PROSESİNİ İZLƏYİB

24-12-2010 | 22:16        

  
Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ceyranların tarixi məskənləri sayılan ərazilər və bu sahədə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. 
Prezident İlham Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxıb. 
Dövlətimizin başçısı Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxıb. Prezident İlham Əliyev ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış olub. 
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Cəngiçay-Qobustan yasaqlığının ərazisinə buraxıblar.