Xarici xəbərlər

Tunisdə etiraz aksiyaları davam edir

20-01-2011 | 13:52        

  

 

Tunisdə yeni hökumətin qurulmasına baxmayaraq, etiraz aksiyaları səngimir. Etirazçılar sabiq hökumətdə olan nazirlərin yeni kabinetin tərkibindən çıxarılmalarını tələb edirlər. Tunisin yeni formalaşan hökuməti sabiq prezident Zin əl-Abidin ben Əlinin hakimiyyəti dövründən qalan ənənələri davam etdirməyəcək. Bu bəyanatla Tunisdə prezident səlahiyyətlərini icra edən Fuad Mebazaa çıxış edib. O, milli birlik hökumətinin siyasi partiyaların fəaliyyətinə geniş imkan yaradacağını da deyib. Yeni hökumət ben Əlinin hakimiyyəti zamanı həbs edilən siyasi məhbusları da azad edib. Bu barədə ölkənin regional və yerli inkişaf naziri Nəcib Şəbbi məlumat verib. Mebazaa devrilmiş prezidentin 33-ə yaxın qohumunun həbsinə dair sərəncam verib. Onlar dövlətə qarşı cinayət törətməkdə ittiham olunurlar. Həbs olunanların evlərində aparılan axtarış zamanı xeyli qızıl və zinət əşyaları da tapılaraq müsadirə edilib. Ölkədə isə etiraz aksiyaları hələ də davam edir. Paytaxt Tunisdə 2 minə yaxın insan yenidən aksiya keçirib. Onlar yeni idarəetmədə devrilmiş rejimin nümayəndələrinin təmsil olunmamasını tələb edirlər.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR