Siyasət

3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub.

18-05-2015 | 11:48        

  

3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub. Mərasimdə Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva, YUNESCO-nun baş direktoru İrina Bokova və Forumda iştirak etmək üçün Bakıya gələn bir sıra qonaqlar iştirak ediblər.

Azərbaycanın 1-ci xanımı, YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, YUNESCO-nun baş direktoru İrina Bokova və mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün paytaxtımıza gələn bir sıra qonaqlar “Sülh ağacı” abidəsinin açılış mərasimində iştirak ediblər. Bürüncdən olan “Sülh ağacı” Bayraq meydanı yaxınlığında, Yeni Bulvar ərazisində yerləşir. Bu abidə təbiətdən ilhamlanaraq, sevgi və ümid dolu əllər kimi səmaya doğru ucalır və sülhü, tolerantlığı simvolizə edir. “Sülh ağacı”, həmçinin UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur. Bu abidə ictimai yerlərdə insanları sülh haqqında düşünməyə vadar edərək, tolerantlıq və sülhü bizim gündəlik dialoqumuzun bir hissəsinə çevirir. “Sülh ağacı” xalqlar arasında anlayış simvolu kimi qəbul olunur, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.

YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə çıxış edib.

UNESCO-nun baş direktoru hörmətli xanım İrina Bokova,

BMT-nin baş Katibinin yüksək səviyyyəli nümayəndəsi hörmətli cənab Al-Nasr,

xanlmlar və cənaalar

Əziz dostlar

 İlk öncə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm və bizmilə bu gün burada olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Mən UNESCO-nun baş direktoru xanım İrina Bokovaya və BMT-nin baş Katibinin yüksək səviyyyəli nümayəndəsinə cənab Al-Nasra sülh ağacının açılış mərasimində bizə qoşulduqlarına görə təşəkkürümü bildirmək istəyirəm.

 Bu abidənin müəllifi UNESCO-nun sülh üzrrə rəssamı xanım Hedva Ser tərəfindən yaradılıb. Onun bütün işlərində sülh, tolerantlıq və xeyirxahlıq idealları öz əksinui tapır. Mən mənim əziz dostum xanım Ser-ə təşəkkürümü bildirmək istəyirəm.

Çox çadam ki, bu gözəl incəsənət əsəri paytaxatımızın ən cazibədar yerlərindən olan Baku bulvarının bir hissəsinə çevrilib. Sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyələrin nümayəndələrinin sülh və əminamanlıq şəraitində yaşadığı həmişə sülh, tolerantlıq və birgə yaşam məkanı olmuşdur.

Bu münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanır. Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşmışdır və bu gün biz tolernatlığın belə bir dəyərli ənəənəsinə malik olduğumuzdan qürur hissi duyuruq. Müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyylərarasıarası dialoqun təbliğinə çox böyük töhfə verir. Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə ölkəmiz bir çox addımların təşəbbüskarı olmuşdur. Azərbaycan ümumdünya Humanitar forumu, Dünya dini liderlərinin zirvə görüşü kimi yükəsk səviyyəli tədbirləri təşkil edir. Ötən il Azərabaycan ilk beynəlxalq multikulturalizm mərkəzi yaradılmışdır. Sabah biz hamımız bilrikdə üçüncü mıədəniyyətlərarası dialoq forumunun açılışını edəcəyik və mən ümid edirəm ki, bütün müzakirələr, görüşlər, fikir və ideya mübadiləsi xalqlar, millətlər və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcəkdir.

 Hörmətli dostlar,

 bu rəmzi məna daşıyan ağac abidəsi kimi hamımız torpaqdakı köklərimiz eynidir. Qəti şəkildə inanıram ki, biz ümumi dünyamızı qorumaq və sülh və dostluq kimi dəyərlərin qorumaq üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının açılışı ərəfəsindəyik. Mən fürsətdən istifadə edərək, hamınızı bütün Avropanı sülh və dostluq naminə birləşdirəcək bu tarixi tədbirdə iştirak etməyə dəvət etmək istəyirəm.

Sizi bir daha salamlamaq istərdim və bütün qonaqlarımıza Azərbaycana xoş gəlmişsiniz deyirəm. Sizə xoş səfər və çoxlu uğurlar arzulayrıam.

Sağolun.

Mərasimdə YUNESCO-nun baş direktoru İrina Bokova da çıxış edib.

YUNESCO-nun baş direktoru Azərbaycanın qeyri-maddi mədəni irsi haqqında danışdı, Məshəti Gəncəvinin poeziyasından bəzi misraları söylədi. Bildirib kİ, “Sülh ağacı” da Məshəti Gəncəvinin yazdığı əsərlərinin ruhunu əks etdirir. Bu kimi abidələrin dünyanın bir çox ölkələrində açıldığını qeyd edən İrina bokova belə tədbirlərin YUNESCO üçün sülh, dialoq, barışıq anı olduğunu vurğulayıb. YUNESCO ilə Azərbaycan arasında əməkdaşlıqdan danışan qurumun baş direktoru bu tədbiri təşkil edənlərə minnətdarlığını bildirib.  

Daha sonra “Sülh ağacının” müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser çıxış edib.

“Sülh ağacı”nın müəllifi əsərinin daşıdığı mənanı açıqlayıb. Diqqətə çatdırdı ki, abidə xalqların sülhə çağırışını əks etdirir. Xedva Ser Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu vurğulayaraq ölkəmizdəki tolerantlıq mühitini xüsusi qeyd edib.

Azərbaycan həmişə sülhü təbliğ edən və tolerant bir ölkə olub. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Paytaxtımızda “Sülh ağacı” abidəsinin açılışı isə bunu bir daha təsdiqləyir.

Sonra Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın adınadan mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.