Siyasət

Təbrizdə “20 yanvar” şəhidlərinin xatirəsi anılıb

20-01-2011 | 13:15        

  

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb.

Mərasimdə Türkiyənin Təbrizdəki Baş Konsulluğunun bütün kollektivi, Təbrizdə azərbaycanlılar və şəhər ictimaiyyətinin tanınmış  nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən surə oxunub. Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə 20 Yanvar günü xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib. Bildirib ki, ümummilli lideri Heydər Əliyevin Azərbaycanın o vaxt Moskvada yerləşən  daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən hərbi cinayətə etirazını bildirməsi ulu öndərin Azərbaycanın çətin günlərində xalqın yanında olmasını bir daha sübut edir. 20 Yanvar faciəsi hüquqi-siyasi qiymətini məhz ulu öndərin sayəsində alıb.

Tədbirdə 20 Yanvarla bağlı şeirlər səslənib, faciədən bəhs edən “Azadlığa gedən yol” adlı film nümayiş olunub. 20 Yanvar faciəsindən bəhs edən “Azadlığa gedən yol” adlı filmin Azərbaycan və fars dillərində hazırlanmış sürəti mərasim iştirakçılarına paylanıb. Sonda 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən sənədli foto və kitablar nümayiş etdirilib.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR