Siyasət

Gürcüstanın Xarici İşlər naziri Azərbaycanda işgüzar səfərdədir

19-01-2011 | 17:05        

  

 

Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin perspektivləri, eləcə də regionda baş verən proseslər ətrafında müzakirələr aparıblar. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələr təşəbbüsü ilə çıxış etməyi qərara alıblar.

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin perspektivlərini müzakirə etdilər. Konkret olaraq hər iki ölkənin adından Avropa İttifaqına birgə layihə təqdim etmək qərar alındı. Nazirlər Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı məsələləri isə xüsusi qeyd ediblər. Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars layihəsinin gələn ilin sonuna kimi reallaşacağını bildirib. Gürcüstanla-Azərbaycan sərhədlərinin delimitasiyası ətrafında ciddi danışıqlar apardıqlarını deyən Qriqol Vaşadze müzakirələrin səmərəli olduğunu vurğulayıb. Azərbaycanın enerji sektorundakı fəaliyyətinə toxunan Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri  bunun ölkəsinin iqtisadiyyatına göstərdiyi təsirdən də danışıb.Azərbaycanın enerji sektorundakı inkişafının Gürcüstanın iqtisadiyyatına çox böyük müsbət təsiri var. Mən bunu qiymətləndirməyə bilmərəm. Müstəqilliyin əsas göstəricilərindən biri enerji baxımından kimdənsə asılı olmamaqdır. Biz Azərbaycanla birgə həyata keçirilən layihələrdən çox razıyıq”. Regiondakı münaqişələri, Dağlıq Qarabağ problemini müzakirə etdiklərini deyən Qriqol Vaşadzenin sözlərinə görə, hələ 2009-cu ildə  Gürcüstan hökuməti öz vətəndaşlarına Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan getməyi qadağan edib. Yeri gəlmişkən Elmar Məmmədyarov yanvarın 24-də Moskvada 2+1 formatında,  Ermənistan və Rusiya xarici işlər nazirləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklərini vurğulayıb.

 

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR