Cəmiyyət

“20 yanvar” Azərbaycanın Qırğızıstandakı səfirliyində də qeyd edilib

19-01-2011 | 16:24        

  

XX əsr Azərbaycan Dövlətçiliyi tarixinin qəhrəmanlıq səhifəsi olan 20 yanvar günü  ölkəmizin Qırğızıstandakı səfirliyində də qeyd edilib. Anım mərasimində   soydaşlarımız, Azərbaycan diasporunun fəal üzvləri, iştirak ediblər.  Mərasim iştirakçıları  20 yanvar faciəni əks etdirən foto və kitablardan ibarət sərgiyə baxıblar. Daha sonra Azərbaycan Xalqının silinməz qan yaddaşı olan 20 yanvar faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ruhlarına dualar oxunub. Anım Mərasiminin davamı olaraq səfir Arif Ağayev yanvarın 19-dan 20-nə keçən gecə  SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya çoxminlik  ordu yeridildiyi və onların   insanlıq əleyhinə törətdikləri vəhşiliklər , gülləboranlar nəticəsində yüzlərlə günahsız insanın öldürüldüyünü, yaralandığını  bildirdi. Həmyerlilərimiz və tədbir iştirakçıları 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar sənədli filmi də izləyiblər. Tədbirdə digər çıxış edənlər Azərbaycan xalqının müstəqilliyi yolunda canlarını qurban vermiş  insanların 21 il əvvəl qanlı yanvar gecəsində öz qanları ilə dövlətimizin azadlıq, müstəqillik və qəhrəmanlıq tarixini yazdıqlarını , özlərindən sonra tarixə və həmin gecəyə şahid olan Şəhidlər Xiyabanı yaratdıqlarını söyləyiblər. 20 yanvar  faciəsinin 21-ci ildönümü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı  Səfirliyi tərəfindən Xarici İşlər Nazirliyi, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə  press-relizlər də  paylanılıb.