Cəmiyyət

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və “Bakı prosesi”nin dünya səviyyəsində təbliği davam etdirilir

20-04-2015 | 11:54        

  

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və “Bakı prosesi”nin dünya səviyyəsində təbliği üçün müztəlif ölkələrin paytaxtları və beynəlxalq qurumların baş qərargahlarında təqdimat mərasimlərinin təşkili davam etdirilir. Aprelin 21-22-də Parisdə UNESCO İcraiyyə Şurasının Plenar Sessiyası çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan “Bakı prosesi” və mayda Bakıda keçiriləcək “Müştərək təhlükəsizliyimiz naminə mədəniyyətləri paylaşaq” devizi altında Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq və film nümayiş etdiriləcək. Sessiyada UNESCO-nun baş direktoru İrina Bokova, təşkilatın baş konfransı və icraiyyə şurasının prezidentləri, eləcə də UNESCO-ya üzv ölkələrin səfirlərinin iştirakı nəzərdə tutulub. Tədbir çərçivəsində “Bakı prosesi” barədə xüsusi sərgi təşkil olunacaq.