Bölgələr

Sabunçu rayonunda da 2015-cü ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.qarşəda duran vəzifələr müəyyənləşdirilib.

17-04-2015 | 16:19        

  

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 2015 -ci ilin ilk üç ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlardan danışdı. Son vaxtlar  Sabunçu rayonunun sosial-iqtisadi həyatında  əsaslı dəyişiliklər baş verir.Prezident İlham Əliyevin Sabunçu rayonuna və rayon sakinlərinə göstərdiyi diqqət və qaygının nəticəsidir ki,rayon ərazisində geniş quruculuq ,abadlıq işləri görülür,sosial  yönümlü obyektlər tikilir, istifadəyə verilir.Milli Olimpiya stadionunun tikintisi ilə baglı rayon ərazisində geniş miqyaslı infrastruktur layihələr icra olunur.Qəsəbə sakinlərinin məşgullugu üçün əhaliyə güzəştli kreditlər verilir.Bu da onların güzaranına müsbət təsir göstərir.Küçə və meydanlar, parklar abadlaşdırılır,təhsil,səhiyyə ocaqları tikilir ,yenidən qurulur.RİH   bşçısının müavini aftandil Hüseynzadə məruzə ilə çıxış edərək dedi ki,”2014-2016-ci illərdə Bakı şəhəri və ətraf qədsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramın”-ın icrası ilə əlaqədar Sabunşu rayonunda da müvafiq işlər görülür.Yaşayış  binalarında, küçələrdə təmir işləri aparılır..Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri bu ilin birinci rübündə də uğurla davam etdirilib. Rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılıb. Yollar abadlaşır,su və kanalizasiya sistemləri yenilənir,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilir.Tədbirdə Milli Təhlükəsizlik nazirliyinin rayon idarəsinin rəisi Faiq Nuriyev,Rayon məhkəməsinin sədri İlqar Abbasov və başqaları çıxış edərək Sabunçu rayonunun sosial –iqtisadi inkişafında baş verən müsbət meyllərin getdikcə artıgını rayonda son illər həyata keçirilən böyük işlərin insanların əhval-ruhiyyəsinə də müsbət təsir göstərdiyini vurguladılar.Yıgıncaqda ayrı-ayrı strukturların rəhbərləri çıxış edərək görülən işlərdən ,qarşıda duran vəzifələrdən danışdılar.Tədbirdə söylənilən problem və çatışmazlıqların  həll olunması üçün müvafiq qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.  Dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq rayonun müvafiq strukturlarının  fəaliyyəti təhlil olundu,qarşıda duran vəzifələr müəyyənləşdirildi.Yıgıncağın sonunda   görülən işlər ümumilikdə qənaətbəxş hesab edilərək dövlət  başcısı İlham Əliyevə müraciət qəbul olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.03.2017) :
Azbuludlu Gecə : +4+6 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7 | Satış: 1.78

Rubl:
Alış: 0.0284 | Satış: 0.0302

Avro:
Alış: 1.8113 | Satış: 1.9041
AzTV TƏQDİM EDİR