Siyasət

Azərbaycanın müdafiə naziri S.Əbiyev Türkiyənin Jandarma baş komandanı N.Özəllə görüşüb

19-01-2011 | 16:14        

  

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Türkiyənin Jandarma baş komandanı Necdət Özəllə görüşüb. Görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud qardaşlıq münasibətləri, hərbi-texniki sahədə əməkdaşlığın dinamikası və regiondakı vəziyyət müzakirə olunub. Səfər Əbiyev Azərbaycanla Türkiyə arasında siyasi və hərbi əlaqələri ən yüksək səviyyədə olduğunu bildirib. Ordu generalı Necdət Özəl qeyd edib ki, güc birlikdədir və Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.