Cəmiyyət

Ukraynada 20 yanvar şəhidlərinin xatirəsi “Ülviləşən Mübariz “ devizi altında yad edilib

19-01-2011 | 15:49        

  

 Ukrayna Azərbaycanlı Gənclər Birliyi,Ukrayna Parlamenti yanında  Ümumukrayna Gənclər Assambleyasının təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə  Kiyev şəhərindəki Dnepr otelində 20 yanvar şəhidlərinin   xatirəsi    “Ülviləşən  Mübariz “  devizi altında  yad edilib .  Ukraynalı və Azərbaycanlı gənclər 20 yaşında  azərbaycan gəncliyinin ilk  şəhid rəmzinə çevrilən  Ülvi Bünyadzadə  ilə 22 yaşında  azərbaycanın milli qəhrəmanı zirvəsinə ucalmış  Mübariz İbrahimovun timsalında   torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş vətən mücahidlərinin urəklərə yol açan  ülviləşən mübarizə tarixindən bəhs ediblər.  Azərbaycan səfirliyinin ,mili diasporumuzun , o cümlədən bir sıra ukrayna gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı mərasımi  Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədri Anar Tahirov açaraq Azərbyaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımıızn keçdiyi mübarizə tarixindən danışıb. Qeyd olunub ki, anım mərasiminin  Ülviləşən Mübariz devzi altında keçirilməsində  əsas məqsəd  1990-cı ilin  20 yanvar gecəsində sinəsini dövlət müstəqilliyimzə  tuşlanmış gülləyə  sipər edərək  şəhid olan  20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə düşmənə sarsıdıcı zərbə vuraraq  qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək  qoyub getdikləri  ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir. Mərasimdə Azərbaycan səfirliyinin müşaviri  Yeganə Qafqazlı, Ukrayna  Parlamenti yanında gənclər assambleyasının sədr müavini Lesiya Xlopets  çıxış edərək  Vətən naminə  canlarını fəda edənlərin xatirəsinin heç zaman unudulmayacağını bildiriblər. Sonra  Azərbaycan və Ukrayna dövlət televiziyalarının  birgə layihəsi əsasıda çəkilmiş  “qanlı 20 yanvar faciəsi” filminə baxmaqla 21 il bundan öncə  keçmiş SSRİ rəhbərliyinin azərbaycan xalqına qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar.Mərasimdə çıxış edən Filmin ssenari müəllifi Georgi Spasakukottsiy  böyük qəhrəmanlıq ənənəsinə malik olan Azərbaycan xalqının mütləq  öz ərazi bütövlüyünü bərpa edəcəyini bildirib. Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin qərarı ilə şəhid Ülvü Bünyadzadənin olümündən bir il öncə yazdığı Vətən andı  birliyə üzv olmaq istəyənlərin andı kimi qəbul olunub. Milli qəhrəman Mübariz İbrahimovun Ukraynada xatirəsinin əbədiləşdirilməsi üçün  vətənimiz və dövlətimiz naminə nümunəvi tədbirlər həyata keçirməklə xalqımızın adına şərəf gətirən  gənclərə    Mübariz  Gənc fəxri diplomunun veriləcəyi bildirilib.