Cəmiyyət

DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYANIN MÜSABİQƏSİ DAVAM EDİR

08-01-2011 | 13:33        

  

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ötən ilin oktyabrında start verdiyi müsabiqə davam edir. Bu müsabiqə başa çatdıqdan sonra 2011-ci ilin ilk işə qəbuluna elan veriləcək. Komissiyanın məlumatına görə, 2010-ci il ərzində Komissiya tərəfindən dövlət qulluğuna işə qəbul üçün 9 müsabiqə keçirilib. Müsabiqələrdə 4 min 164 vakant iş yeri təqdim olunub. Müsabiqələrdə 18 min 405 namizəd iştirak edib. Müsabiqənin test mərhələsindən 4 min 358 nəfər, müsahibə mərhələsindən 1 min 146 nəfər keçib. Onlardan 835-i dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışır. Hazırda 195 namizəd ehtiyat kadr siyahısında qeydə alınıb.