Xarici xəbərlər

Rusiya Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

19-01-2011 | 15:19        

  

Rusiya Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Bu bəyanatla Yaxın Şərqdə səfəri zamanı Rusiya prezidenti Dmitri Medvedev çıxış edib. Rusiya prezidenti Dmitri Medvedyev Yaxın Şərqə səfəri çərçivəsində Fələstin administrasiyasının lideri Mahmud Abbasla görüşüb. Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Medvedev Fələstin-İsrail danışıqlarının bərpasının vacibliyinə toxunub. O, qeyd edib ki, bu dialoqun bərpasına mane olan məqamlar tezliklə aradan qaldırılmalıdır.  Fələstin lideri Mahmud Abbas da bölgədə sülhün əldə edilməsi üçün İsraillə danışıqların böyük əhəmiyyət daşıdığı deyib. O, dialoqun bərpasına çalışdığını bildirib. Rusiya Avropa İttifaqı, BMT, Birləşmiş Ştatlarla birlikdə Yaxın Şərq üzrə “dörd”lüyə daxildir. Bu “dördlüyün” növbəti toplantısı isə fevralın 5-də Almaniyanın Münhen şəhərində keçiriləcək.