Cəmiyyət

20 Yanvarda Bakı Metropoliteni fasiləsiz işləyibv

19-01-2011 | 14:06        

  

Yanvar ayının 19-dan 20-nə keçən Bakı metropolitenin əməkdaşları həyatlarını təhlükəyə ataraq fasiləsiz səhərə qədər işlədilər. Küçə və meydanlarda güllə yağışı altında olan yaralı insanlara köməklik göstərməklə yanaşı, onları mənzil başına çatdırdılar. Həmin gecə metro səhərədək işləməsəydi itkilərimiz daha çox olacaqdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə döyüşmək əzmində olan Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxaraq, imperiyaya etirazını bildirmək üçün küçə və meydanlara çıxdı. Əli yalın insanlar silahlı sovet ordusu ilə üz-üzə gəldi. Azğınlaşan imperiyanın əsgər və zabitlərinin caynağından, güllə yağışından xilas olan yüzlərlə vətəndaşımız 20 yanvar metro stansiyasında sığınacaq tapdı. Həmin gecə Bakı metropoliteni fasiləsiz səhərədək işlədi. Gecəynən bütün heyət işə səfərbər edildi. Təlimata əsasən istirahətdə, məzuniyyətdə olan əməkdaşlar da iş başındaydı. Amma küçə və meydanlarda olan insanların çoxu Bakı metropolitenin fasiləsiz işlədiyindən xəbərsiz idi.

Həmin gecə yaddaşlarda çox şeyi dəyişdi.  Qanlı yanvar faciəsindən sonra qadağalara, həbslərə baxmayaraq Bakı metropolitenin əməkdaşları bu stansiyanın əvvəlki adını səsləndirməkdən imtina ediblər.

Tarixə qanla yazılan həmin gecədə xalq  təcavüzə məruz qalsa da, qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək və bu yolda şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 20 yanvar metro stansiyasının adı həmin yanvar səlnaməsinin şərəfli və acı xatirələrindən biridir.

Müasir Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazan Vətənin igid oğul və qızlarımızın bir çoxu  20 yanvar metro stansiyasının yaxınlığındakı bu ərazidə qətlə yetirildilər. Həmin vaxt bu ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun şərəfinə abidə ucaldılırdı. İndi isə bu ərazidə hər birimizin and yerinə çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan memorial abidə kompleksi yerləşir.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR