Xarici xəbərlər

ÇXR-nın sədri H.Tzintao ABŞ-a rəsmi səfərə gəlib

19-01-2011 | 12:51        

  

Çin Xalq Respublikasının sədri Hu Tzintao Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlib. Hu Tzintaonun Amerika prezidenti Barak Obama ilə görüşü olacaq. Görüşdə əsas müzakirə mövzusunun təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin olacağı nəzərdə tutulub. Bu, hazırkı Çin rəhbərinin Amerikaya ikinci rəsmi səfəridir. Hu Tzintao Barak Obama ilə 8-ci dəfə görüşəcək. Hu Tzintaonu paytaxt Vaşinqtonda hərbi hava qüvvələrinin “Endryus” bazasında Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden qarşılayıb. Obama ilə ikitərəfli görüşdən sonra hər iki ölkə başçısının birgə mətbuat konfransı olacaq. Hu Tzintao səfər çərçivəsində Konqres üzvləri və  iş adamları ilə də görüşəcək.