Cəmiyyət

AZƏRBAYCAN VƏ TÜRKİYƏ GƏNCLƏRİNİN I İDEYA YARMARKASI KEÇİRİLƏCƏK

07-01-2011 | 17:08        

  

Fevralın ilk günündə Azərbaycan və Türkiyə gənclərinin 1-ci ideya yarmarkası keçiriləcək. Hazırda layihə ilə bağlı təkliflər toplanılır.Azərbaycan və Türkiyə gənclərinin ideya yarmarkasına təqdim edilən layihələr mədəniyyət, sosial inkişaf, təhsil, maarifçilik, sağlamlığın qorunması, gənclər arasında sahibkarlığın inkişafı, onların İKT bacarıqları, incəsənət və musiqinin təbliği kimi sahələri əhatə etməlidir. yarmarkada ölkəmizdə yaşayan, təhsil alan və ya işləyən, yaşı 18-dən 29-dək olan gənclərdən ibarət qruplar iştirak edə biləcək.Gənclər üçün təhsil mərkəzi tərəfindən keçirilən yarmarka fevralın birində baş tutacaq. İdeyalar 25 gün müddətində qəbul olunacaq. Yarmarkanın ən yaxşı 3 layihəsi Dövlət və biznes qurumlarından, KİV və QHT nümayəndələrindən ibarət olacaq qiymətləndirmə komissiyasının kollegial qərarına əsasən maliyyələşdiriləcək.