Bölgələr

Sabunçu rayonunda 2014-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

21-02-2015 | 15:43        

  

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad etdilər.Müşavirə iştirakçıları rayonun sosial –iqtisadi inkişafını əks etdirən foto stendə və  rayonun ötən ildəki sosial-iqtisadi inkişafını əks etdirən filmə baxdılar.Rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, respublikamızın hər yerində olduğu kimi 2014-cü ildə Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam edib, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilib.Ölkə başçısının tapşırıq və tövsiyyələrinə və imzaladıgı sərəncama əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Sabunçu rayonunun qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq abadlıq işləri görülüb yeni infrastruktur layihələr icra olunub.2014-cü ildə Prezident İlham Əliyev bir neçə dəfə Sabunçu rayonunda olub.  Burada həyata keçirilən quruculuq abadlıq işləri və yeni infrastruktur layihələrin açılışında iştirak edib. Ötən ilin may ayında prezident İlham Əliyev Bakıxanov qəsəbəsidə,  Sülh küçəsində inşa edilmiş  “Asan xidmət”in 5 mərtəbəli inzibati binasının, sentyabrda isə əsaslı təmir olunan 72 saylı məktəbin və 80 saylı məktəbdə inşa edilmiş 400 şagird yerlik yeni tədris korpusunun açılışında  iştirak edib.Ölkə başçısının sərəncamına və tapşırıgına əsasən Sabunçu qəsəbəsində 12 saylı polikilinika yenidən tikilərək istifadəyə verilib. Bakıxanov qəsəbəsində Heydər Əliyev parkı yenidən qurulur. Nardaran qəsəbəsindəki Mədəniyyət evi - Muğam-musiqi mərkəzi, Maştağa qəsəbəsində  350 yerlik Mədəniyyət evinin, Bakıxanov qəsəbəsində Sabunçu rayon və 2 saylı Bakı Şəhər iqtisad Məhkəmələri üçün inzibati binaların tikintisi, Zabrat və Pirşağı qəsəbələrində 3 girişli yanğından mühafizə bölmələrinin yeni binalarının tikintisi davam etdirilir.Rayon ərazisində tikilən və təmir edilən binaların fasadları müasir üslubda aqlay daşlarla bəzədilir. Bərpa edilən və tikilən sosial və xidmət yönlü obyektlər müasir tələblər səviyyəsində inşa edilir. Rayon böyük bir tikinti meydançasını xatırladır.  Hər yerdə abadlıq işləri görülür, yaşıllıqlar salınır, parklarda və xiyabanlarda quruculuq tədbirləri görülür.  Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında Bakı şəhərində həyata keçirilən quruculuq işləri ilk növbədə paytaxtın inkişaf strategiyasına uyğun aparılır.Tikilən binalar paytaxtın simasına xüsusi yaraşıq verir, həm də müasirləşən şəhərimizin memarlıq quruluşuna əlavə çalarlar qatır.  Bakıxanov qəsəbəsində 300 nəfərlik mərasim evi tikilib sakinlərin istifadəsinə verilib. Rayonda uşaqların mənalı istirahəti üçün nümunəvi məhəllələr yaradılır. Abadalaşdırılan məhəllələrdə uşaq əyləncə qurğuları,  idman meydançaları yaradılır, ərazi abadlaşdırılır. Rayon ərazisində bütün qəsəbələrdə yolların salınmasına diqqət artırılıb.Ötən il İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonun Bakıxanov, Maştaga, Balaxanı,  Zabrat və digər qəsəbələrində xeyli agac əkilib. Çıxış edən millət vəkili Eldar Quliyev, Sabunçu Rayon Prokuroru Ceyhun Əliyev.rayon məhkəməsinin sədri İlqar Abbasov   və başqaları ötən ildəki dinamik inkişafı ətraflı təhlil etdilər görülmüş işlərin insanların sosial rifahına xidmət etdiyini vurguladılar.Müşavirədə  elektrik enerjisi, qaz,  içməli su və istiliklə təminatda,  eləcə də , sosial xidmətlərin təşkili və digər prblemlərin həlli istiqamətində görülən işlərdən danışıldı.Sonda Rayon İcra Hakimiyyətinin başçısı qarşıda duran vəzifələrdən və əlaqədar təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələrdən danışdı.Prezident Adminstrasiyasının məsul əməkdaşı Tağı Tağıyev son 10 ildə ölkəmizin ictimai –siyasi və iqtisadi həyatında baş verən müsbət meyllərdən və görülən işlərdən bəhs etdi.  Sonda 2015-ci ildə qarşıda duran vəzifələr haqqında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın Qərar layihəsi oxundu. Ölkə başçısına müraciət qəbul olundu. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.06.2017) :
Azbuludlu Gecə : +17+19 | Gündüz: +27+29
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR