Xarici xəbərlər

Pakistanın cənub-qərbində Rixter cədvəli ilə 7,2 bal gücündə zəlzələ baş verib

19-01-2011 | 12:49        

  


Pakistanın cənub-qərbində Rixter cədvəli ilə 7,2 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatın görə, yeraltı təkanlar gecə saatlarında qeydə alınıb. Zəlzələnin episentri Əfqanıstanla sərhəd ərazidə, Dalbandin şəhərindən 50 kilometr məsafədə olub. Dağıntılar barədə məlumat verilmir. Təşvişə düşən yerli sakinlər evlərini tərk ediblər. Yeraltı təkanlar həmçinin Kəraçi şəhərində, Hindistanın paytaxtı Dehlidə və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində də hiss olunub. Xatırladaq ki, 2005-ci ildə Kəşmirdə baş verən 7,6 bal gücündə olan zəlzələ nəticəsində 87 min nəfər həlak olub. 3,5 milyon insan isə evsiz qalıb. 2008-ci ildə baş verən dağıdıcı zəlzələdə isə 160 min insan həyatını itirib.