Rəsmi xronika

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Q.Vaşadzeni qəbul edib

18-01-2011 | 19:42        

  

Prezident İlham Əliyev yanvarın 18-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın enerji layihələrində uğurlu əməkdaşlıq həyata keçirdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR