Cəmiyyət

Çin Mədəniyyət mərkəzinin açılışı olub

04-02-2015 | 16:19        

  

Milli Elmlər Akademiyasının Nizami  adına ədəbiyyat İnstitutunda  Bakı Dövlət Universitetinin nəzdindəki  Konfutsi İnstitutu ilə birgə  yaradılmış  Çin Mədəniyyət mərkəzinin açılışı olub .

Açılış mərasimindən əvvəl  Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə institutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin Xalq Respublikası arasında əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb, bu ölkə ilə dil və ədəbiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Qonaqlar da  iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər. Sonra   Ədəbiyyat İnstitutu ilə Bakı Dövlət Universitetinin  nəzdindəki   Konfutsi İnstitutu arasında dil və ədəbiyyat sahəsində əməkdaşlıq haqqında  müqavilə imzalanıb. Müqavilədə  Nizami adına ədəbiyyat institutu ilə   Çinin  akademik və təhsil  qurumları ilə əlaqələrin təmin edilməsi nəzərdə tutulub    Tədbir çərçivəsində  Milli Elmlər Akademiyasının Nizami  adına ədəbiyyat İnstitutunda  Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən   Konfutsi İnstitutu ilə birgə  yaradılmış  Çin Mədəniyyət mərkəzinin açılışı oldu.

Azərbaycan ədəbiyyatını Çində elmi əsaslarla tanıtmaq, Çin ədəbiytını Azərbaycanda  xronoloji ardıcıllıqla təqdim etmək Çin Azərbaycan ədəbi əlaqələrini inkişaf etdirmək  bu mərkəzin əsas vəzifələri sırasında əsas yer tutur.

Tədbirdə qeyd edildi ki , layihə çərçivəsində  Bakıda   Çin ədəbiyyat  antalogiyası, Pekində isə  Azərbaycan ədəbiyyat antalogiyası çap olunacaq.  Mədəniyyət mərkəzində Çinin tarixi , mədəniyyətinin öyrənilməsi ilə yanaşı  Çin dilinin tədrisi də nəzərdə tutulur .