Siyasət

Sankt-Peterburqda MDB PA-nın hüquq məsələləri daimi komissiyasının iclası keçirilir

18-01-2011 | 19:09        

  

Sankt-Peterburqda MDB Parlament Assambleyasının hüquq məsələləri daimi komissiyasının iclası keçirilir. Milli Məclis üzvlərinin də iştirak etdiyi  iclasda parlamentarlar seçki və referendum zamanı MDB-nin beynəlxalq müşahidəçiləri üçün  tövsiyə layihəsinin yeni redaksiyasını, eləcə də üzv ölkələrin mövcud seçki qanunvericiliyinin beynəlxalq  standartlara uyğunlaşdırılması istiqamətində tövsiyələri müzakirə edir. İclasda komissiyanın ötən ildəki fəaliyyətinin yekunları nəzərdən keçirilir, təşkilatı məsələlərə baxılır. Qurumun mənzil-qərargahında “Beynəlxalq seçki standartları və milli seçki sistemləri: qarşılıqlı əlaqələr” mövzusunda konfrans da öz işinə başlayıb. MDB ölkələri parlamentarilərinin, eyni zamanda mərkəzi seçki orqanları rəhbərlərinin də iştirak etdiyi iki günlük beynəlxalq konfransda müasir seçki sistemləri, MDB ölkələrində seçki qanunvericiliyi, bu sahədə Avropa Parlamentinin fəaliyyəti və digər mövzular ətrafında müzakirələr aparılır.