Siyasət

Türkiyə jandarma baş komandanı DİN-də olub

18-01-2011 | 19:04        

  

Ölkəmizdə  səfərdə olan  Türkiyə Jandarma baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Naziri Ramil Usubovla görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub. Daxili işlər naziri Ramil Usubov qardaş Türkiyə və Azərbaycan arasındakı sıx əlaqələrdən danışdı. Daha sonra  nazirliyin fəaliyyət istiqamətləri, eləcə də müstəqilliyimizin ilk illərində hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə məlumat verdi. Türkiyə Jandarma baş komandanı, ordu generalı Necdət Özəlin əməkdaşlığın möhkəmlənməsinə göstərilən səylərə görə minnətdarlığını bildirildi. Azərbaycanda irəliyə doğru dəyişikliklərdən, bütün sahələrdə nəzərə çarpan dinamik inkişafdan məmnunluq duyduğunu da qeyd etdi. Vurğuladı ki,  Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hazırda yüksək səviyyədə də davam edir.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR