Digər

Bakıya sulu qar yağacaq

18-01-2011 | 18:55        

  

Bakıya  sulu qar yağacaq. Ölkə ərazisindən keçən soyuq atmosfer cəbhəsi təkcə paytaxtda deyil  respublikanın digər bölgələrində də yağıntılara səbəb olacaq. Qeyri-sabit hava şəraiti isə  2 gün davam edəcək.    Yanvarın –da 19 ölkə ərazisindən keçən soyuq atmosfer cəbhəsi öz ilə yağıntılar gətirəcək. Əksər bölgələrə  yağıntılar sulu qar, dağlıq və dağətəyi ərazilərdə isə qar şəklində düşəcək.  Şimal və şərq rayonlarında isə daha intensiv olacaq.   Bakıya da qışın ilk qarı yağacaq.  Proses nisbətən zəif xarakter aldığından  yolların buz bağlaması və qar örtüyü əmələ gətirmə ehtimalı yoxdur. “Ayın 19-da Bakıda gün ərzində yağıntılar olacaq. Ayın 19 axşam isə sulu qara keçəcək. 20-si də yağıntılar müşahidə ediləcək. Lakin günorta saatlarından kəsiləcək”. Havanın temperaturu da ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcək.  Bakıda və Abşeron yarımadasında  temperatur gündüz saatlarında  2-5, Mərkəzi Aran rayonlarında 5-7, dağlıq ərazilərdə isə 0 mənfi 3 dərəcə arası dəyişəcək.  Əsasən şimal-şərq küləkləri əsəcək. Sürəti paytaxtda 18 metrə qədər yüksələcək. Lakin ayın 21-dən  başlayaraq  hava şəraiti nisbətən  mülayimləşəcək, növbəti günlərdə isə temperaturlar tədricən yüksələcək.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR