Rəsmi xronika

Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb

18-01-2011 | 16:42        

  

Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb. Riqanın beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qaravul dəsətəsi düzülüüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

 

xxxxx

Həmin gün dövlətimizin başçısı Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Hava limanında Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.