Cəmiyyət

Standartlar İnstitutu 2010-ci ilin yekun hesabatını açıqlayıb

18-01-2011 | 16:36        

  

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  tabeliyində fəaliyyət göstərən Standartlar İnstitutu 2010-ci ilin yekun hesabatını açıqlayıb. Ümumilikdə Komitə tərəfindən 162 milli standart, 99 texniki şərt dövlət qeydiyyatına alınıb. 2009-cu illə müqayisədə 270 faiz artım müşahidə olunub. 46 laboratoriyanın attestatının qüvvədə olma müddəti artırılıb. Ümumilikdə, Dövlət reyestrində 234 obyekt qeydiyyata alınıb.