Cəmiyyət

ALİ MƏHKƏMƏNİN PLENUMU KEÇİRİLİB

18-01-2011 | 16:24        

  

Ali Məhkəmənin 2010-cu ilin yekunlarına dair Plenumu keçirilib. 2011-ci ilin 1-ci yarısına dair iş planı təsdiq edilib. Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, ötən illərlə müqayisədə 2010-cu ildə məhkəmədə baxılan işlərin keyfiyyəti və vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin ötən ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib. Vurğulanıb ki, hərbi kollegiya istisna olmaqla mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarda 2010-cu ildə daxil olan işlər və baxılan müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. 2009-cu ildə Ali Məhkəmədə 4862 işə baxılıbsa, 2010-cu ildə  bu rəqəm  5 354 olub. 

O da vurğulanıb ki, ötən il Ali Məhkəmənin Plenumunun 7 iclası keçirilib, 48 qərar qəbul edilib. İclasda həmçinin 2011-ci ilin 1-ci yarısına dair iş planı da təsdiq edilib.