İqtisadiyyat

Gənclik dairəsində inşa olunan 6 tuneldən I payızda açılacaq

18-01-2011 | 16:07        

  

 Bakının ən önəmli nəqliyyat qovşaqlarından biri sayılan “Gənclik” dairəsində əsaslı yenidənqurma işləri davam edir. Bu geniş avto-arealda yol infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulub.

 “Gənclik” metrostansiyasının ətrafındakı “Qələbə meydanı” və onunla kəsişən yollarda nəqliyyatın hərəkəti daha təkmil formada nizamlanacaq. Nəqliyyat sıxlığı baxımından Bakının qaynar nöqtələrindən sayılan Gənclik qovşağında aparılan işlərin hədəfi tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejimini təmin etməkdir. Hazırda sahənin öyrənilməsi və kommunikasiyaların dəyişdirilməsi işləri başa çatıb.

Görmə məsafəsinin böyük olacağı 6 tunelin svayları vurulur. Bu 6 vacib tunel Atatürk və Vagif prospektlərini birləşdirəcək, həmçinin Fətəli xan Xoyski prospektini dairə ilə maneəsiz qovuşduracaq, Əhməd bəy Ağaoğlu küçəsi istiqamətində gedən avtomobillərin Təbriz prospektinə birbaşa çıxışını təmin edəcək və Həsən Əliyev - Atatürk  prospektlərinin kəsişməsində hərəkəti işıqforsuz nizamlayacaq. Ərazidə 2 yeraltı piyada keçidi inşa olunacaq. Əlaqədar yolların genişləndirilməsi və 3 mərtəbəli yeraltı dayanacağın tikintisi də nəzərdə tutulur. Piyadaların hərəkət konstruksiyasına uyğun olaraq “Gənclik” metrostansiyasının Atatürk prospektinə baxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. Metronun 4 çıxışından əlavə Tofiq Bəhramov stadionu istiqamətində yeni çıxış açılacaq. Dairə ətrafındakı binalarda və piyada yollarında da yenidənqurma işləri aparılır. Gənclik dairəsinə birləşən Fətəli Xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki yol və tunel qovşaqları tam istifadəyə verilib.


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR