Cəmiyyət

Azərbaycan Afrika İttifaqına müşahidəçi üzv olub

18-01-2011 | 15:51        

  

 

20 yanvar Faciəsinin 21-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edir, bir sıra tədbirlər vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandırırlar.

Xarici əlaqələrdə daim balanslaşdırılmış siyasət yürüdən Azərbaycan diplomatiyasının əsas məqsədlərdən biri də böyük iqtisadi siyasi potensiala malik Afrika dövlətləri ilə sıx əlaqələrinin formalaşdırılmasıdır. Məqsədə çatmaq üçünsə artıq konkret addımlar atılır. Prezident İlham Əliyevin sərəncamı ilə, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev, eyni zamanda Afrika İttifaqında daimi müşahidəçi təyin edilib. Səfir etimad məktubunu artıq qurumun Efiopiyanın ƏdisƏbəbə şəhərində yerləşən baş ofisinə təqdim edib. Müşahidə missiyası ölkəmizin Afrika ilə münasibətlərində yeni səhifə açır. Bu günə qədər Azərbaycanın Afrika dövlətləri ilə münasibətləri əsasən BMT və İKT çərçivəsində həyata keçirilib. Bundan əlavə, Azərbaycanda təhsil almış tələbələr  hazırda dövlət sektorunda çalışırlar və bizim münasibətlərimiz üçün yaxşı zəmin yaradırlar. Afrika İttifaqındakı müşahidə missiyasının əsas vəzifələrindən biri də beynəlxalq tribunalarda Azərbaycanın mövqeyinin daha çox dövlət tərəfindən dəstəklənməsinə nail olmaqdı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı təbliğat aparılacaq. Qeyd edək ki, Afrika İttifaqı 2002-ci ildə yaradılıb. 53 dövləti birləşdirən qurum qitənin ən nüfuzlu təşkilatı hesab olunur. Bu baxımdan Afrika İttifaqı ilə əməkdaşlığın Ölkəmizə böyük dividentlər qazandıracağı proqnozlaşdırılır.