Siyasət

Sankt-Peterburqda MDB PA-nın hüquq məsələləri daimi komissiyasının iclası keçiriləcək

18-01-2011 | 15:01        

  

Sankt-Peterburqda MDB Parlament Assambleyasının hüquq məsələləri daimi komissiyasının iclası keçiriləcək. Milli Məclis üzvlərinin də iştirak edəcəyi iclasda parlamentarlar seçki və referendum zamanı MDB-nin beynəlxalq müşahidəçiləri üçün  tövsiyə layihəsinin yeni redaksiyasını, eləcə də üzv ölkələrin mövcud seçki qanunvericiliyinin beynəlxalq  standartlara uyğunlaşdırılması istiqamətində tövsiyələri müzakirə edəcəklər. İclasda komissiyanın ötən ildəki fəaliyyətinin yekunları  nəzərdən keçiriləcək, təşkilati məsələlərə baxılacaq. Yanvarın 18-də  təşkilatın mənzil-qərargahında “Beynəlxalq seçki standartları və milli seçki sistemləri: qarşılıqlı əlaqələr” mövzusunda konfrans da keçiriləcək.MDB ölkələri parlamentarilərinin, eyni zamanda mərkəzi seçki orqanları rəhbərlərinin də iştirak edəcəyi iki günlük beynəlxalq konfransda müasir seçki sistemləri, MDB ölkələrində seçki qanunvericiliyi, bu sahədə Avropa Parlamentinin fəaliyyəti və digər mövzular ətrafında müzakirələr aparılacaq.