Rəsmi xronika

Azərbaycan-Latviya biznes forumu

17-01-2011 | 22:27        

  

Yanvarın 17-də Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak ediblər.
Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşılayıblar.
Biznes forumda hər iki ölkədən 200 iş adamı iştirak edib. Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.
Prezidentlər biznes forumda çıxış ediblər.
Latviya dövlətinin başçısı bildirib ki, bundan əvvəl keçirilmiş biznes forumlar zamanı ölkələrimiz arasında səmərəli əlaqələr qurulub. Bunun nəticəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu qarşılıqlı faydalı işbirliyinin səmərəli siyasi əməkdaşlıqdan qaynaqlandığını vurğulayan Valdis Zatlers qeyd edib ki, bunun üçün müvafiq qanunvericilik bazası da hazırlanıb.
Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin təzahürü olduğunu vurğulayan Valdis Zatlers deyib ki, bu səfər çərçivəsində dövlət başçılarının imzaladığı bəyannamə əsasında əməkdaşlığımız daha da inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə İKT sahəsində inkişaf etdiyini bildirən Latviya Prezidenti mədəni mübadilənin də genişləndiyini deyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edib.
Dövlətimizin başçısı tədbirin əhəmiyyətini vurğulayaraq artıq Latviya-Azərbaycan biznes forumlarının ənənəvi xarakter daşıdığını deyib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bugünkü siyasi əlaqələr və Azərbaycan ilə Latviya arasında olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır. Riqada hər iki ölkə prezidentlərinin imzaladığı bəyannamənin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sənədin gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini deyib.
Azərbaycanın iqtisadi inkişafı barədə danışan Prezident İlham Əliyev son 7 ildə ölkəmizdə ÜDM-in təxminən 3 dəfə artdığını, yoxsulluğun 4-5 dəfə azaldığını, 900 mindən artıq iş yerinin açıldığını, təkcə ötən il 15,5 milyard dollar məbləğində investisiya qoyulduğunu bildirib. Azərbaycanda çox əlverişli investisiya mühitinin olduğunu deyən dövlətimizin başçısı bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün səylər göstərildiyini bildirib.
Azərbaycanda geniş modernləşdirmə prosesinin getdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin də xaricdə investisiyalar qoyduğunu deyib.
Bu günlərdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı Avropa İttifaqı ilə ölkəmiz arasında energetika sahəsinə dair mühüm sənədin imzalandığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Latviya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə öz töhfəsini verir.
Xəzər dənizi hövzəsi ölkələrinin Baltikyanı dövlətlərlə ənənəvi əlaqələrinin inkişafında nəqliyyat layihələrinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusi qeyd edib.
Dövlətimizin başçısı biznes forumun gələcəkdə uğurlu nəticələr verəcəyinə əmin olduğunu deyib.
Tədbirdə Azərbaycan ilə Latviya arasında biznes və investisiyalar sahəsində əməkdaşlığa dair birgə sənədlər imzalanıb.
Biznes forumda Azərbaycanın və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verildi, müxtəlif layihələrin təqdimatları keçirilib.
Azərbaycan və Latviya prezidentləri tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olublar, hər iki ölkədə istehsal edilən müxtəlif növ məhsulların nümunələrinə baxıblar.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR