Rəsmi xronika

Prezident İlham Əliyev Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşüb

17-01-2011 | 22:08        

  


Prezident İlham Əliyev yanvarın 17-də Riqada Latviyanın Baş naziri Valdis Dombrovskis ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın, müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Energetika, qarşılıqlı investisiyaların qoyuluşu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması önəminin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyi qeyd olunub.
Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın və geniş imkanların olduğu vurğulanan görüşdə bu əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edilib.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR