Siyasət

AŞPA-NIN YANVAR SESSİYASINDA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ MƏSƏLƏSİ YENİDƏN GÜNDƏMƏ GƏTİRİLƏCƏK

25-12-2010 | 20:23        

  

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun yanvar sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini yenidən gündəmə gətirəcək. Sessiyada insan haqlarının müzakirəsi zamanı nümayəndə heyətimiz ölkəmizin qəti mövqeyini ortaya qoyacaq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsini qaldıracaq. İclasda Avropanın ən qədim təşkilatı olan Avropa Şurasında islahatlar məsələsi müzakirə olunacaq. Qurumda bununla əlaqədar xüsusi komitə də yaradılıb. Sessiyada komitənin “Avropa Şurasının islahatları” adlı məruzəsi təqdim ediləcək. Azərbaycan nümayəndə heyəti də Avropa Şurasının müasir tələblərə cavab vermək, müasir prosesləri düzgün qiymətləndirmək üçün təşkilatda islahatlar aparılmasını vacib saydığını bəyan edib.