Mədəniyyət

Vyanada “MOYA-ANNUALE 2014” sərgisi açılıb

24-06-2014 | 17:51        

  

Avstriyanın paytaxtı  Vyanada fəaliyyət göstərən MOYA Gənc İncəsənət Muzeyində “MOYA-ANNUALE 2014” sərgisi açılıb. Dünyanın ondan artıq ölkəsindən 30-dək rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə Avstriyadakı diplomatik korpusun təmsilçiləri, müxtəlif ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, incəsənət xadimləri iştirak ediblər.  Sərginin açılış mərasimində Muzeyin direktoru Kolya Kramer əsası 2005-ci ildə qoyulmuş MOYA Gənc İncəsənət Muzeyi haqqında məlumat verib. Bildirib ki, bu mədəniyyət ocağı Avstriyada XXI əsrdə gənclərin incəsənət sahəsindəki bütün uğurlarını dəstəkləyən və onların yaradıcı inkişafına təkan verən ilk muzeydir. “MOYA-ANNUALE 2014” sərgisinə müxtəlif ölkələri təmsil edən istedadlı gənclər qatılıb. MOYA müvafiq gənc istedadların bu sərgiyə cəlb olunması və təqdirəlayiq sənət əsərlərindən ibarət bir kolleksiyanın yaranması üçün müxtəlif ölkələrin səfirlik və mədəniyyət mərkəzləri ilə əlaqəli iş aparır. Muzeyin rəhbəri sayca yeddinci dəfə təşkil olunan sərginin ilbəil coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu və builki sərgidə Azərbaycanın da iştirakını məmnunluqla bildirib. Tədbirdə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ölkəmizin belə bir mötəbər sərgidə təmsil olunmasına yaradılmış imkana görə muzey rəhbərliyinə minnətdarlığını çatdırıb. Bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin gələcəkdə də MOYA və digər tərəfdaşlarla Azərbaycan mədəniyyətinin yaxından tanıdılması üçün əməkdaşlığa xüsusi önəm verəcək. Sərgidə ölkəmizi  rəssam Fərəc Rəhmanov təmsil edib. Tədbirdə Azərbaycan incəsənət ustaları klassik musiqilər səsləndiriblər. Xatırladaq ki, sərgi iyulun 7-dək davam edəcək.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR