Rəsmi xronika

Azərbaycan və Latviya prezidentlərinin birgə mətbuat konfransı

17-01-2011 | 21:48        

  


Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış ediblər.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində salamlamaqdan böyük şərəf duyduğunu, gələcəkdə iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənəcəyini bildirib. “Bizim ikitərəfli əlaqələrimiz çox müsbətdir və son illərdə dünyada iqtisadi geriləmə müşayiət olunduğu bir dövrdə bizim ölkələr arasında iqtisadi əməkdaşlıq 10 faiz artıb”, - deyən Latviyanın dövlət başçısı biznes forumların ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayıb.
Latviya-Azərbaycan işçi şurasının yaradılacağını bildirən Valdis Zatlers deyib ki, ikitərəfli münasibətlər Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından da mühümdür.
Azərbaycan Prezidenti İlham Əliyev də imzalanan sənədlərin, xüsusilə də dövlət başçılarının imzaladığı Birgə bəyannamənin əhəmiyyətinə toxunub. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivlərinin olduğunu bildirib.
Ölkələrimizin dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev Riqada keçiriləcək Latviya-Azərbaycan biznes forumunun böyük əhəmiyyətə malik olacağını bildirərək, bu forumda Azərbaycan tərəfdən 50-dən çox iş adamının iştirak edəcəyini söyləyib. “Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir və ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır”, - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar barədə də məlumat verib. O bildirib ki, münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Prezident İlham Əliyev Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının icrasına Azərbaycanın böyük ümidlərlə baxdığını bildirib.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR