Rəsmi xronika

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü olub

17-01-2011 | 21:42        

  


Yanvarın 17-də Riqada təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Azərbaycan Prezidenti İlham Əliyevi Latviyada görməkdən məmnun olduğunu bildirən Prezident Valdis Zatlers özünün Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırladıb. Azərbaycanın dövlət başçısının indiki səfərindən sonra Bakı ilə Riqa arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Latviya kimi gözəl ölkəyə səfər etməsindən məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, bu səfər ikitərəfli münasibətlərin müzakirəsi, qarşılıqlı surətdə faydalı dialoq və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı bir imkandır.

Prezident İlham Əliyev bildirib ki, keçiriləcək Latviya-Azərbaycan biznes forumunun nəticələri uğurlu olacaq və ölkələrimiz arasında əməkdaşlığın inkişafına fayda verəcəkdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar, təhsil sahələrində əlaqələr müzakirə edilib, ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR