Rəsmi xronika

Prezident İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub

17-01-2011 | 21:39        

  

Yanvarın 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.