İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatı

17-01-2011 | 18:47        

  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanvarın 17-18-də dəmiryolunun bəzi hissələrində hərəkət rejiminin müvəqqəti dəyişdiriləcəyi ilə bağlı məlumat yayıb. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki,  Ələt-Astara magistral avtomobil yolunun 9 kilometr hissəsinin tikintisi layihəsi çərçivəsində, Yeni Ələt-Xıdırlı mənzilinin 7 kilometrində dəmir yolu xətti üzərindən keçən yeni yol ötürücüsünün 2 saylı aşırım tirləri qoyulacaq. Bununla əlaqədar olaraq yanvarın 17-si  saat 7.00-dan 17.00-a kimi, 18 yanvardan isə saat 10.00-dan 17.00-a kimi Yeni Ələt-Xıdırlı mənzilində hər iki yolda qatarların hərəkəti dayandırılmaqla “texniki pəncərə” veriləcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR