Xarici xəbərlər

Böyük Britaniya şahzadəsinin toy mərasiminə hazırlıqlara başlanılıb

17-01-2011 | 16:46        

  

 Paytaxt Londonda Böyük Britaniya şahzadəsi Uilyamla model  Keyt Midletonun toy mərasiminə hazırlıqlara başlanılıb. Nikah mərasimində 16 min 8 ədəd çini qabdan istifadə olunacaq. Maraqlıdır ki, kral ailəsi bu qab-qacağın istehsalını Çin şirkətlərindən birinə sifariş edib.

 Böyük Britaniya şahzadəsi Uilyamın nikah mərasimində istifadə olunacaq çini qabların istehsalı üçün dünyanın 500-ə yaxın ən qabaqcıl farfor hazırlayan şirkəti tərəfindən müraciət daxil olub. Lakin toyun qab-qacaq məmulatlarını hazırlamaq hüququnu yalnız 1 şirkət  əldə edib. Şahzadə Uilyamla model Keyt Midletonun nikah mərasimində istifadə olunacaq qabları Çinin cənubundakı Beiliu şəhərində yerləşən şüşə məmulatları istehsal edən şirkət hazırlayacaq. Çində ən məşhur çini qablar istehsal edən zavodlar da məhz bu şəhərdə yerləşir. Şirkət rəsmilərinin açıqlamasına görə, sifarişlər 5 kateqoriyadan ibarətdir. Bura böyük və kiçik yemək boşqabları, nəlbəkilər, kofe fincanları, suvenir fincan və boşqablar daxildir. Çini məmulatların üzərində səbəbkarların adları və fotoları da  təsvir olunacaq. Şirkət rəhbərliyi yanvar ayının sonuna qədər sifarişin tam icra olunacağını bildirib.