Siyasət

İKT Pİ-da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq

17-01-2011 | 14:01        

  

 

Əbu–Dabidə İslam Konfransı Təşkilatı Parlament İttifaqının siyasi və iqtisadi, hüquq, insan hüquqları və ətraf mühit, qadınlar, sosial və mədəni məsələlər daimi komitələrinin iclasları keçirilir. Azərbaycanın qurumdakı nümayəndə heyətinin də iştirak etdiyi toplantılarda İRSİKA və İSESKO ilə əməkdaşlığın genişləndirilməsi, qadınların cəmiyyətdə daha fəal iştirakının təminatı, sivilizasiyalararası dialoqla bağlı BMT qətnaməsinin müddəalarının yerinə yetirilməsi, dini rəmzlərin qorunması barədə beynəlxalq qanunvericiliyin yaradılması üçün BMT-yə müraciətlərin sürətləndirilməsi məsələləri müzakirə olunur. Bu gün günün ikinci yarısı həm də qurumun icraiyyə komitəsinin, sabah isə Şurasının toplantısı keçiriləcək. Şuranın iclasında təşkilatın maliyyə məsələlərinə baxılacaq və maliyyə sənədləri təsdiqlənəcək. Üzv ölkələrdəki problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.