Digər

Hollivudda “Qızıl qlobus” mükafatının təqdimatı olub

17-01-2011 | 13:55        

  

Hollivudda məşhur 68-ci “Qızıl qlobus” mükafatının təqdimatı olub. Mükafat bir neçə nominasiya üzrə təqdim edilib.  “Qızıl qlobus” mükafatına ən yaxşı film kimi “Sosial şəbəkə” filmi alıb. Ən yaxşı aktyor nominasiyası üzrə “Kralın nitqi” filmində rol alan Kolin Fert, ən yaxşı aktrisa nominasiyası üzrə isə “Qara qu quşu” filmində oynayan Natali Portman qalib olub. 2-ci plan ən yaxşı kişi roluna görə, “Döyüşçü” filmində oynayan Kristiyan Beyl “Qızıl qlobusa” layiq görülüb. Teleseriallarda ən yaxşı qadın rolu da müəyyənləşib. Bu nominasiyada qalib “Anarxiyanın uşaqları” filminin rol alan Keti Saqal olub. Syuzen Bayrın “Ən yaxşı dünyada” adlı əsəri Ən yaxşı xarici film kimi “Qızıl qlobus” alıb. “Qızıl qlobus” mükafatının təqdimetmə mərasimi ənənəvi olaraq hər il Hollivudda Xarici Mətbuat Assosasiyası tərəfindən təşkil olunur.