Xarici xəbərlər

Pakistanda sərnişin avtobusu partlayıb

17-01-2011 | 13:26        

  

Pakistanda sərnişin avtobusu partladılıb. Çində isə yaşayış mənzillərinin birində partlayış  olub. İnsan tələfatı var. Pakistanın şimal-qərbində yerləşən Kohat şəhərində partlayış baş verib. Sərnişin mikroavtobusunun partlaması nəticəsində 18 nəfər həlak olub. 9 nəfərinsə xəsarət aldığı bildirilir. Partlayışın səbəbləri məlum deyil. Polis terror aktı ehtimalını istisna etmir. İlkin məlumata görə, partlayış avtomobildə olan qaz balonunun alışması nəticəsində baş verib. Çinin şimal-şərqində yerlənən Cilin əyalətində isə yaşayış evlərindən birində partlayış olub. Qaz sızması nəticəsində baş verən hadisə nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb. Partlayışdan sonra binada yanğın da qeydə alınıb. Yanğınsöndürənlər alovun qarşısını 4 saata ala biliblər. Partlayışın gücündən 500 metr yaxınlıqda yerləşən evlərin pəncərələri sınıb, reklam lövhələri dağılıb. Mütəxəssislər binada qaz təminatının tələblərə uyğun olmaması səbəbindən sızma baş verdiyini bildiriblər.