Mədəniyyət

Avropa Birliyinin Mədəniyyət paytaxtları müəyyən olundu

17-01-2011 | 13:20        

  

 

Finlandiyanın Turku  şəhəri və Estoniyanın paytaxtı Tallin  bu il Avropa Birliyinin Mədəniyyət paytaxtları elan edilib. Bu münasibətlə Turku şəhərində rəsmi mərasim də  keçirilib.

 Mənfi 17 dərəcə şaxtaya baxmayaraq on minlərlə insanın qatıldığı təntənəli mərasim möhtəşəm atəşfəşanlıqla başlayıb. Ölkənin cənub-qərbində yerləşən Turku şəhəri orta əsrlərdə Finlandiyanın paytaxtı olub. Əsası 13-cü əsrdə qoyulan bu şəhər Finlandiyanın ən qədim şəhəri hesab olunur. Turku və Tallin şəhərlərinin Avropanın mədəniyyət paytaxtları elan olunması ilə əlaqədar burada bir sıra iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur.  Şəhər rəhbərliyi isə Turkunun Avropa Birliyinin Mədəniyyət paytaxtı elan edilməsini tarixi qərar adlandırıb. 

 Bu ənənənin əsası 1985-ci  ildə qoyulub. İlk dəfə Avropanın paytaxtı statusu elə həmin il Yunanıstanın paytaxtı Afinaya verilib. Ötən il isə Avropanın mədəniyyət paytaxtı İstanbul şəhəri olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR