İqtisadiyyat

“Azəri-Çıraq-Günəşli” neft yataqları silsiləsində mövcud olan “mavi yanacağ”ın istismarı ilə bağlı BP- şirkəti ilə danışıqlar aparılır

17-01-2011 | 13:15        

  

 1994- ci idə imzalanan  “Əsrin Müqaviləsi”  sazişinə əsasən neft hasilatına başlanılan “Azəri- Çıraq- Günəşli” yataqları sahəsində, dənizin daha dərin hissəsindəki   mövcud  qaz yataqlarının işlənilməsi  ilə bağlı BP şirkəti ilə danışıqlar aparılır. Bu haqda məlumat verən Sənaye və Energetika naziri Natiq Əliyev bildirib. Xəzərin Azərbaycan sektorunda yeni daha bir iri qaz yatağı  “Azəri-Çıraq- Günəşli” neft yataqları silsiləsində yerləşir. “Əsrin müqaviləsi” sazişinə əsasən  ərazidə neft yataqlarının işlənilməsi ilə bağlı müqavilə 1994–cü ildə imzalansa da, həmin dövrdə daha dərin qatlarda yerləşən qaz yataqlarının işlənməsi  üzrə saziş olmayıb. Bu haqda danışan Sənaye və Energetika naziri Natiq Əliyev xatırlatdı ki, həmin dövrdə də ərazidə qaz yataqlarının olması məlum idi. Lakin, indi  dənizdə  istehsal olunan neft və qazın  təhlükəsiz şəraitdə  sahilə ötürülməsi ilə əlaqədar yaradılan infrastruktur və dünyada mavi yanacağa tələbatın artması şəraitində neft yataqlarının istismarı üzrə konsersiumun operatoru olan BP- şirkəti  ərazidəki dərin qaz yataqlarının işlənilməsinə maraq göstərir.

Natiq Əliyev onu da qeyd edib ki, Şahdəniz-2 çərçivəsində, yataq  sahəsində  illik hasilat  16 milyard kubmetr  proqnozlaşdırılsada, yataqdan daha çox, hasilatın 25 milyard kubmetrə qədər  artrılması mümkündür.

Eləcədə 300 milyard kubmetrə qədər  qaz ehtiyatı olan “Ümid” yatağındakı birinci quyunun perspektivliyi sübut edir ki, “Ümüd”ə  bitişik “Babək” yatağı “Ümid” yatağından  iki dəfə  böyükdür. Çünki bu strukturda “Babək” “Ümüd”yatağından aşağıda yerləşir. Beləliklə neftlə yanaşı, Azərbaycanın mavi yanacaq ehtiyatları da gün- gündən artır. Artıq təsdiq edilən qaz ehtiyatları 2,2  trilyon kubmetr təşkil edir. Ötən il isə ölkədə 51 milyon ton neft, 27 milyard kub/m qaz hasil edilib.