Mədəniyyət

56-cı “Eurovision” yarışmasının yeni loqosu və şüarı təqdim olunub

15-01-2011 | 16:04        

  

 

May ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı “Eurovision” yarışmasının yeni loqosu və şüarı təqdim olunub. Müsabiqəyə ev sahibliyi edəcək və əsas yayımı ilə məşğul olacaq Almaniyanın “NDR” kanalı Avropa ictimaiyyətinə yarışmanın mövzusunu açıqlayıb. “Eurovision-2011” müsabiqəsi “Ürək döyüntüsünü hiss et!” şüarı altında keçiriləcək. Artıq 2004-cü ildən müsabiqənin ümumi loqosu var.

Həmin ildən etibarən loqoda müsabiqəyə sahiblik edən ölkənin bayrağı ürək şəklində təsvir olunur. Bu il də ənənə davam edəcək, belə ki temanın simvolu rəngbərəng işıq şüalarından ibarət olan titrəşən ürək şəklindən ibarət olacaq. Hər iki element builki “Eurovision” müsabiqəsinin vizual brendini yaradacaq.