Xarici xəbərlər

BALTİKYANI ÖLKƏLƏRİN MÜBAHİSƏ PREDMETİ KÜKNAR AĞACIDIR

25-12-2010 | 20:15        

  

Milad bayramı münasibətilə dünyada küknar ağacı ilk dəfə Estoniyada yoxsa Latviyada qurulub? Bu sual hətta hər 2 ölkənin baş nazirlərini arasında da müzakirə mövzusu olub.
Estonlar Milad bayramının rəmzlərindən olan küknar ağacının ilk dəfə Tallində, latışlar isə Riqada qurulduğunu iddia edirlər. Bəzi tarixçilərin fikrincə, bu ağacın bəzədilməsi ənənəsi Tallindən gəlir. Belə ki, 1441-ci ildə bayram ərəfəsində şəhərdə bir neçə nəfər küknar ətrafında rəqs ediblər. Daha sonra köhnə ilin başa çatmasI münasibətilə ağac yandırılıb. Riqa sakinləri isə bu il küknarın Bəzədilməsinin 500 illiyini qeyd edir. Latviyalıların fikrincə, Milad bayramında bu yenilik 1510-cu ildə olub. Küknar ağacının bəzədilməsinin tarixi Latviya və Estoniya baş nazirlərinin görüşü zamanı da müzakirə mövzusu olub. HökUmət rəsmiləri belə nəticəyə gəliblər ki, Milad bayramının bu rəmzi ilk dəfə orta əsrlərdə hər iki ölkənin aid olduğu Livoniyada ucaldılıb.