Cəmiyyət

Ali məktəblərin reytinqi tərtib ediləcək

15-01-2011 | 15:49        

  

Azərbaycanda ali məktəblərin reytinqi tərtib ediləcək. Bu məqsədlə Təhsil Nazirliyi reytinqin müəyyənləşdirilməsi metodikasını hazırlayır. Ali məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi üçün, il ərzində Avropa və ABŞ-ın təhsil sistemlərinin təcrübəsindən istifadə etməklə, müvafiq indikator yaradılacaq. Azərbaycanın təhsil sistemində Boloniya sisteminin tətbiqi ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi üçün vahid mexanizmin yaradılmasına zərurət yaradır. Reytinqin müəyyənləşdirilməsi üzrə indikatora kadr potensialı, maddi-texniki baza, tədris müəssisəsi nəzdində istehsal obyektlərinin olması, ali məktəb tələbələrinin uğurları, xarici vətəndaşların ali məktəblərə marağı daxil edilə bilər. Vahid mexanizm əsasında ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi Azərbaycan diplomlarının Avropa və ABŞ da tanınmasını asanlaşdıracaq. İlkin mərhələdə iki yerli ali məktəbin reytinqi müəyyən ediləcək. Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 15-i özəldir.