İqtisadiyyat

Baki-Tiblisi-Qars dəmir yolunun tikintisi 3 istiqamətdə davam etdiriləcək

15-01-2011 | 15:16        

  

Bakı-Tiblisi-Qars   dəmir  yolunun tikintisi bu il daha intensiv şəkildə aparılacaq. Plana əsasən tikinti işləri 3 istiqamətdə görüləcək. Bakı-Tiblisi- Qars   dəmir  yolunun  tikintisinə başlandıqdan sonra  Gürcüstanın  Tsxardzma stansiyasında istehsalat bazası yaradılıb, 2 yoldəyişən qurğu yeniləşdirilib. Tsxardzma-Tsinsikaro hissəsində 8,5 kilometr yol və 2 körpü əsaslı təmir olunub, 1 yeni körpü, 5 suötürücü qurğu inşa edilib.  Kontakt şəbəkə xətlərinin dayaqları basdırılıb, böyük həcmdə torpaq işləri görülüb.  Bundan əlavə ötən il  dəmiryolunun Türkiyədən keçən 76  km-lik hissəsinin inşası  davam etdirilib. Azərbaycan Dəmir yolları qapalı səhmdar cəmiyyətinin sədr müavini Qurban Nəzirovun sözlərinə görə yeni dəmir yolu bağlantısının tikintisi üzrə bu il görüləcək işlər artıq planlaşdırılıb. Plana əsasən tikinti işləri 3 istiqamətdə aparılacaq.

 

İlkin olaraq Marabra Cxadze stansiyaları arasında rekonstruksiya işləri aparılacaq. 2-ci sahə Gürcüstan Türkiyə sərhədində Kancaxi sərhəd stansiyasının tikilməsi və eyni zamanda 28 kilometrlik məsafədə torpaq işlərinin başa çatdırılması olacaq.  Və eyni zamanda həm Türkiyə ərazisində həm də Türkiyə Gürcüstan sərhədində yeni bir tunelin başa çatdırılması nəzərdə tutulub.   

 

 

 Bundan əlavə 2011-ci ildə  yolun Marabra Tetisxari Axalkalaki stansiyasına qədər olan hissədə rekonstruksiya işlərinin tamamlanması nəzərdə tutulub.  Axalkalaki stansiyasında vaqon arabacıqlarının dəyişdirilməsi üçün stansiyanın layihələşdirilməsi və tikintisi eyni zamanda Türkiyə ərazisində torpaq yataq işlərinin başa çatdırılması da bu il üçün planlaşdırılıb. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev layihənin önəminə bir daha toxunaraq   bildirib ki,  bu xəttin tikintisinə böyük əhəmiyyət verilir. Layihənin icrasına başlanması təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb və indi üç ölkənin birgə səyləri nəticəsində bu layihə uğurla icra edilir. Qarşıdakı illərdə bütün işlər başa çatdırılmalıdır və bu, bizim növbəti böyük uğurumuz olacaq.   Sitatın sonu