Siyasət

BMT 2011-ci il üçün prioritetlərini açıqlayıb

15-01-2011 | 15:07        

  

BMT-nin 2011-ci il üçün prioritetləri açıqlanıb. Bu barədə təşkilatın baş katibi Ban Gi Mun Baş Assambleyanın 65-ci sessiyasının nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

Bu il ərzində BMT-nin səkkiz əsas prioritet fəaliyyət istiqaməti nəzərdə tutulub. Qurumun baş katibi Ban Gi Mun bildirib ki, bu istiqamətlərə insan haqlarının müdafiəsi, davamlı inkişaf, iqlim dəyişikliyi, humanitar böhranların aradan qaldırılması və silahsızlaşdırma daxildir. Dünyanın təhlükəsizləşdirilməsinin də prioritet olduğunu deyən baş katib diqqəti Əfqanıstan, Yaxın Şərq, İraq, Somali, Nepal və Sudandakı vəziyyətə cəlb edib. Birləşmiş Millətlər Təşkilatının baş katibi insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün Beynəlxalq cinayət məhkəməsini fəaliyyətini genişləndirməyə və jurnalist azadlığını müdafiəyə çağırıb. Gender problemlərindən də danışan Ban Gi Mun xatırladıb ki, bu ildən BMT-də gender bərabərliyini qorumaq və qadın hüquqlarını inkişaf etdirmək üçün yeni struktur fəaliyyətə başlayıb. Baş katıb bu il BMT-nin yüksək vəzifəli şəxsləri arasında qadınların sayının 40% artırılmasının nəzərdə tutulduğunu da deyib.